Balakəndə iki maşın toqquşdu, ölən var 

13:24 01.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 28-də saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakinləri A.Qandayevin idarə etdiyi “VAZ-21015” və Y.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

Nəticədə Y.Hacıyevin sərnişini, həmkəndlisi Əmanət Hacıyeva xəstəxanaya yerləşdirilib və orada ölüb.

 
Balakən RPŞ tərəfindən araşdırma aparılır.